Şamaxıda yeni turizm obyektləri yaradılacaq

483 Просмотров

Добавлено: 08.02.2016
Категории: Разное

KANAL S (REGİON TV) xəbər verir ki, Şamaxıda yeni turizm obyektləri yaradılacaq. Bu barədə rayon ictimayəti ilə görüşü zamanı ARDNŞ-in prezidenti Rövnəq Abdullayev açıqlama verib. Yerli icra hakimiyyəti orqanları, bələdiyyələr, ictimaiyyət nümayəndələri və sahibkarların iştirak etdiyi görüşdə şirkət prezidenti dünya iqtisadiyyatındakı qeyri-sabitlik və neqativ tendensiyaların Azərbaycan iqtisadiyyatına mümkün təsirlərinin neytrallaşdırılması üçün sistemli tədbirlərin həyata keçirildiyini vurğulayıb. Bildirib ki, sahibkarlığın inkişafı istiqamətində qarşıya qoyulan vəzifələrin düzgün icrası, vaxtında görülmüş qabaqlayıcı tədbirlər qlobal böhranın Azərbaycan iqtisadiyyatına təsirlərini minimuma endirib. Rövnəq Abdullayev qeyd edib ki, qarşıdakı illər üçün hər bir regionun iqtisadi potensialı və əhalinin məşğulluq səviyyəsi nəzərə alınmaqla ilkin dəyəri 1,5 milyard manat olan 150-dən çox investisiya layihəsi hazırlanıb. Şamaxıda tikinti-quruculuq, abadlıq işlərinin davam etdirildiyi, kənd təsərüfatının inkişafı istiqamətində xeyli işlərin görüldüyü qeyd olunub, eləcə də turizmin inkişafı üçün əlverlişli şəraitin olduğu diqqətə çatdırııb. Görüşdə taxılçılıq, güzəştli kreditlərin verilməsi, soyuducu anbar kompleksinin yaradılması, sahibkarlıq fəaliyyəti üçün torpaq sahəsinin ayrılması və digər məsələlər barədə müraciətlər, təkliflər səsləndirilib. Milli.Az