Günay ərindən danışdı: "6 aylıq hamilə idim, xəyanət edirdi"

Tanınmış model Günay Musayeva həyat yoldaşı Tolqa ilə boşanma səbəbini açıqlayıb. Milli.Az big.az-a istinadən bildirir ki, model xanım açıqlamasında Tolqanın ona hamilə olan zaman etdiyi saysız-hesabsız xəyanətlərdən danışıb:

"Tolqa mənə çox xəyanət edib. 15 günün içində evlənmişdik. Çox güzəştə getdim, amma nə qədər olar. Dəfələrlə xəyanət edən insanı dəyişə bilmərsən axı. Dəyişməyə çalışdım, amma olmadı. Bu münasibət alınmadı. 6 aylıq hamilə idim, göz önündə mənə xəyanət edirdi. Dedim ki, bir insan yaxşı həyat yoldaşı olmaya bilər, amma ola bilsin ki, yaxşı ata oldu. Amma ikinci də olmadı və mən boşanmaq istədim. Bir söz deyəcəm, amma deyəcəklər ki, Günay dəlidir. Psixoloq yanına gedirəm, psixoloji dəstək almaq heç də pis bir şey deyil. Yaşadıqlarım üzündən buna məcbur qaldım. Xeyir, mənə fiziki güc tətbiq etmədi. O qədər də zəif qadın deyiləm. Ancaq xəyanətkar insanı dəyişmək olmaz. Çünki onun xarakteri elədir".

Milli.Az

Длительность: 6:50 Просмотров: 6.1K Добавлено: 8 лет назад
Категории: Разное
Тэги: model hamilə xəyanət
Пожаловаться

Похожие видео