Elza Toliklə "toqquşdu": "Tüpürün ona"

Əməkdar artist Elza Seyidcahanı prodüsser Tolikin onun "Qadın nə istəyir" adlı şeirini İnstagramda paylaşıb məsxərəyə qoyması özündən çıxarıb.

Milli.Az big.az-a istinadən bildirir ki, "ATV magazin onlarla" verilişində Elza Seyidcahan Tolikin sifarişlə bunu etdiyini deyib:

"Ağıllı adamam. Dəliyə oxşayırammı? Gördüyümü də qavramağım var. Məsxərəyə qoymağa qalsa, elə istedadlıyam ki, məni məsxərəyə qoymaq istəyənləri durub elə məsxərəyə qoyaram ki. Həm aktrisalığım var, həm də rəqs edə bilirəm. Belə hər cürəsindən. Sadəcə hərənin öz şəxsi həyatı var. Hər kəs öz həyatı üçün özü cavab verəcək. Bir yaxşı əsərimin ortasını çevirilər başqa mənaya öz səhifələrində qoyurlar ki, camaaat mənə küfr etsin: "gülün ona, tüpürün ona, daş atın ona". Amma bilirəm ki, bunu sifarişlə edirlər. Məni nə qədər gözdən salmağa çalışsanız da, alınmayacaq. Əvvəla sən mənim şeirimi paylaşırsansa, icazə almalısan. Elza deyə yazır... Sən mənə ad qoymamısan. Atam anam Elza deyə bilər. Şou-biznesdə bir parça çörəyimi qazanıramsa, o demək deyil ki, sizin tayınızam. Mən sizin tayınız ola bilmərəm".

Milli.Az

Длительность: 3:54 Просмотров: 4.5K Добавлено: 8 лет назад
Категории: Разное
Тэги: Əməkdar artist
Пожаловаться

Похожие видео