"Öləndə, o insanlardan nigaran getmək istəmirəm"

Müğənni Nadir Qafarzadə Alternativ TV-də (Region TV) yayımlanan "Şou məkan" verilişinə eksklüziv açıqlamalar verib.

Sevilan ifaçı son vaxtlar sosial şəbəkələrdə paylaşdığı bədbin statuslara aydınlıq gətirib: "Mən ölümdən qorxmuram. Öləndə xətrinə dəydiyim, mənimlə küsülü olan insanlardan nigaran getmək istəmirəm. Keçmişdə bir çox səhvlərim olub. Fikirləşmədən bəzi addımlar atmışam. Bu gün onları təkrarlamaq istəmirəm. Hər kəslə mehriban olmaq istəyirəm. Bu yaxınlarda mən Flora xanımla barışdım, küsülü qalmaq istəmədim. Düşünürəm ki, doğru addım atmışam. Məndə söz bütövlüyü var, Bakı küləyi kimi dəyişmirəm. Yaltaq insanları, söz gəzdirənləri sevmirəm. Məndə nə varsa, üzdədir".

Tanınmış sənətçi yaşadığı problemlərdən danışıb: "Bilən yoxdur, bağrın başı yaradır. Mənə "bəxtəvər" deyənlər bilmirlər ki, içi özümü yandırır, çölü başqasını. Kövrəlmək istəmirəm, amma bəlkə də, mənim dərdim, problemim hamıdan çoxdur. Sadəcə, mənfi enerjini ötürmək istəmirəm. O, mənim problemimdir, özüm həll edə bilərəm".

Müğənni bu yaxınlarda 45 yaşının tamam olacağını, amma təmtəraqlı doğum günü keçirməyəcəyini bildirib: "Bu yaxınlarda ad günüm olacaq. 45 yaşım tamam olur. Hamı mənə deyir ki, mütləq bu günü qeyd elə, gələk, şənlənək. İnsanları xərcə salmaq istəmirəm. Özüm də xərcə düşmək istəmirəm. Ailələrinə xərcləyəcəkləri pulla mənə hədiyyə almaqlarını istəmirəm".

Milli.Az

Длительность: 3:44 Просмотров: 3.2K Добавлено: 8 лет назад
Категории: Разное
Тэги: müğənni veriliş
Пожаловаться

Похожие видео