Qoğal oğrusunun məktubu hər kəsi duyğulandırdı

2957 Просмотров

Добавлено: 08.02.2016
Категории: Разное
Тэги: oğru , Məktub

İstanbul yaxınlığındakı Bilecik qəsəbəsində yerləşən mağazaların birində oğurluq hadisəsi baş verib. Vətəndaşlardan biri mağazanın qarşısına qoyulmuş ağzı açıq çörək qutusundan 2 gün ard-arda qoğal götürüb. 3-cü gün isə həmin şəxs qoğalları götürdükdən sonra mağaza sahibinə bir məktub buraxıb. Səhər işə gələn mağaza sahibi Erhan Bayrakçı, çörək qutusunda 4 lirə pul və yanında da bir məktub görüb. E.Bayrakçının tapdığı məktubda bunlar yazılıb: "Üzrlü sayın. İki gündür cəmi 3 qoğal götürmüşəm. Haqqınızı halal edin. Pulum yox idi. Qapağı açıq buraxdığınız üçün təşəkkür edirəm. Pulunu qaytarıram" Erhan Bayrakçı vətəndaşın onlara və digərlərinə bu məktubla insanlıq dərsi keçdiyini və həmin şəxsin kim olduğunu bilmək istədiyini deyib. Mağaza sahibi çörək qutusunun ağzını daim açıq qoyduqlarını və bunu bilərəkdən etdiklərini bildirib.