Ölümcül "donuz qripi"nə qarşı profilaktik tədbirlər gücləndirilib

Son günlər qonşu ölkə mediyalarında H1 N1 virusu, "donuz qripi"nin yayılması ilə bağlı gedən məlumatlar insanlarda, xüsusən də sərhədyanı ərazidə yaşayan sakinlərdə təşviş yaradıb. Hələlik Azərbaycanda bu xəstəlik aşkar olunmasa da, qonşu Gürcüstan və Rusiya ilə sərhəddə yerləşən Zaqatala və Balakən rayonlarında profilaktik tədbirlər gücləndirilib. Respublikanın hər yerində təhsil ocaqlarında dezinfeksiya işləri aparılır. Milli.Az Kəpəz TV-yə (Region TV) istinadən bildirir ki, Qəbələ rayonunun Nic qəsəbəsində isə əhalinin əsas məşğuliyyət sahələrindən biri donuzçuluq olduğundan, ehtiyat tədbirləri gücləndirilib.

Əhalinin əsas məşğuliyyət sahələrindən biri donuzçuluq olan Qəbələ rayonunun Nic qəsəbəsində ümumilikdə 1500 başa yaxın donuz saxlanılır. Əvvəllər əhali bu heyvanları açıq şəraitdə saxlayırdı. 2008-ci ildə isə kənddə xəstəlik yayıldıqdan sonra bütün donuzlar məhv edildi. Son bir neçə il ərzində bu təsərrüfat yenidən dirçəlməyə başladı. Donuzçuluq təsərrüfatları baytar həkimlərin birbaşa nəzarəti altında fəaliyyətlərini davam etdirirlər. Ancaq qonşu ölkələrdə donuz qripinin yayılmasından sonra bu kənddə profilaktik tədbirlər gücləndirilib. Donuzçuluq təsərrüfatlarında mütəmadi reydlər keçirilir və sahibkarlar maarifləndirilir. Sahibkarlara donuzların saxlanılması, qulluq qaydaları izah olunur, bu qaydalara ciddi riayət olunması barədə xəbərdarlıqlar edilir.
Bura donuzlar əsasən İsmayıllının İvanovka qəsəbəsindən gətirilir. Hər bir heyvan xüsusi müayinədən keçir, hər hansı xəstəlik aşkarlanmadığı təqdirdə sürüyə qatılmasına icazə verilir. Bu işdə fermerlər də baytarlarla yaxından əməkdaşlıq edir, şübhə doğuran hallar müşahidə edildikdə dərhal əlaqədar qurumlara məlumat verilir. Xəstəxanalarda da səhiyyə işçiləri gücləndirilmiş iş rejimində fəaliyyət göstərir. Xüsusən də sərhədyanı ərazidə yerləşən Zaqatala rayonunda qrip kimi infeksional kəskin respirator xəstəliklərinin müalicəsi və profilaktikası məqsədi ilə lazımi tədbirlər görülür.
Səhiyyə nazirliyi məktəb və bağçalarda dezinfeksiya işlərinə start verdi. Aparılan bu tədbirlərin məktəblərdə tətil günlərinə təsadüf etməsi, dezinfeksiya işlərinin təhsilə təsiri olmadan uyğun şəraitdə aparılmasına şərait yaratdı. Rayon Gigiyena və Epidemiologiya mərkəzi tərəfindən məktəblərə sözügedən qirpdən qorunma yolları blankı paylanılıb. Həmin məlumatlar məktəbin müxtəlif yerlərinə asılıb. Bu məlumatda şagirdlərin və müəllimlərin, ümumilikdə kollektivin xüsusilə diqqətli olmaları tövsiyyə olunur.

Bundan əlavə, GEM tərəfindən dezinfeksiya işlərinin aparılması üçün müəssisələrə xüsusi dərman preparatları da verilib. Gigiyena və Epidemiologiya mərkəzinin məlumatına görə, hazırda şimal-qərb bölgəsinin epidemioloji vəziyyəti daim nəzarət altında saxlanılır. Hazırda rayonda "donuz qripi"nə yoluxmuş hər hansı bir şəxs qeydiyyata alınmayıb.

Milli.Az

Длительность: 3:56 Просмотров: 2.4K Добавлено: 8 лет назад
Категории: Разное
Тэги: donuz qripi virus
Пожаловаться

Похожие видео