Arzularını reallığa çevirən azərbaycanlı gəncin uğur sirri...

329 Просмотров

Добавлено: 08.02.2016
Категории: Разное
Тэги: gənc , uğur sirri , dizayner

Ötən həftə, daha dəqiq 2 fevralda Ümumrespublika Gənclər gününü qeyd etdik. Artıq ənənə halını alan bu mötəbər gün, gənclərin ölkənin ictimai və siyasi həyatında önəmli yer tutduqlarını bizə bir daha xatırlatdı. Ölkədə gənclər siyasətinin əsası Ümummilli Lider Heydər Əliyev tərəfindən qoyulub və bu gün də uğurla davam etdirilir. Gənclər bir ölkənin döyünən ürəyidir desək, yanılmarıq. Bu ürəyin sağlam olması isə olduqca vacibdir. Gənclik həm mənəvi, həm də fiziki cəhətdən sağlam olarsa, ölkənin gələcəyi də möhkəm təməllər üzərinə qurulmuş olar. Amma inkişaf üçün sağlamlıqla yanaşı, inam, güc, iradə və xəyal qurmaq bacarığı da mütləqdir. Xəyal qurmaq və arzuların reallaşdığına inanmaq. İndi sizə bir gəncdən bəhs edəcəyik. Xəyallarını məqsədə çevirib, addım-addım ona tərəf irəliləyən bir gəncdən... Gənclər günü MDB məkanı və Şərqi Avropa Ölkələri arasında ilk dəfə Azərbaycanda qeyd edilib. Prezident Heydər Əliyevin sərəncamı ilə 1997-ci ildən başlayaraq respublika gəncləri bu günü bayram edir. Hər il Gənclər günü ərəfəsində Azərbaycan Respublikası Gənclərinin Forumunun keçirilməsi isə artıq ənənə halını alıb və Forum bu il öz 20 illiyini qeyd edib. Ölkədə gənclər siyasətinin əsası Ümummilli Lider Heydər Əliyev tərəfindən qoyulub və bu gün də uğurla davam etdirilir. "Gənclər ölkənin gələcəyidir" deyimi hər nə qədər "şablonlaşmış" bir fikir olsa da reallığı əks etdirir. Hətta son illər gənclərin Respublikanın ictimai-siyasi həyatında fəal iştirakı göstərir ki, onlar ölkənin yalnız gələcəyi yox, həm də bu günüdür. 2 fevral ərəfəsində bir qrup fəal gənclə görüşən Prezident İlham Əliyev cəmiyyəti narahat edən, incidən məsələlərin ortaya çıxmasında gənclərin də böyük rolu olduğunu vurğuladı.