Gəncə və Şəmkirin "gənclər paytaxtı" seçilməsi gənclərə olan ümidi artırır

Bu il qərb bölgəsinin bir şəhər və bir rayonu gənclər paytaxtıdır. Gəncə Avropanın, Şəmkir isə respublikanın. Deməli, bu il ölkənin qərbində gənclərə diqqət birə-beş artacaq. Bu, artıq indidən hiss olunmağa başlayıb. Milli.Az Kəpəz TV-yə (Region TV) istinadən xəbər verir ki, ötən həftənin son günlərində Şəmkirdə Gəncə-Qazax iqtisadi rayonunun fəal gəncləri bir araya gəldi, yüksək vəzifəli şəxslərin iştirakı ilə onların planları və problemləri müzakirə olundu.

"Gənclik və dövlət müstəqilliyi: gələcəyə baxış" adlı forumda Gəncə-Qazax iqtisadi bölgəsinə daxil olan 11 rayonun hər birindən - Gəncə və Naftalan şəhərləri, Ağstafa, Daşkəsən, Gədəbəy, Goranboy, Göygöl, Qazax, Samux, Şəmkir, Tovuz rayonlarından 200-ə yaxın fəal gənc iştirak edirdi. Forumun ilk günündə panel müzakirələrdə bu bölgədə dövlət gənclər siyasəti sahəsində görülmüş işlər, əldə olunan nailiyyətlər və gələcək üçün planlar, qarşıda duran vəzifələr müzakirə edildi. Gənclərin mənəvi və intellektual inkişafı, ölkənin ictimai-siyasi, sosial, mədəni həyatında onların iştirakı ilə yanaşı, regionlarda gənclərin sahibkarlıq fəaliyyətinin inkişafı, sərhədyanı və dağlıq ərazilərdə yaşayan gənclərin məşğulluğu məsələləri diqqət mərkəzində oldu. Bu istiqamətdə artıq yeni layihələrin reallaşdırılmasına da başlanılıb. İndi nəinki yalnız rayon mərkəzlərində, hətta ucqar kəndlərdə də belə layihələr həyata keçirilir və onların icrasında gənclərin fəal iştirakı təmin edilir.

Длительность: 4:59 Просмотров: 2.3K Добавлено: 8 лет назад
Категории: Разное
Пожаловаться

Похожие видео