Xarici valyutada olan kreditlərin və bağlanan bankların taleyi necə olacaq?

Maliyyə Bazarlarına Nəzarət Palatası digər sahələrlə yanaşı, kredit təşkilatlarının lisenziyalaşdırılması və onların fəaliyyətinə nəzarət funksiyalarına da malik olacaq. Bu, yola saldığımız həftə ölkə başçısı İlham Əliyevin imzaladığı fərmanda öz əksini tapıb. Fərmanda bildirilir ki, bankların, bank olmayan kredit təşkilatlarının və poçt operatorunun fəaliyyətini lisenziyalaşdırmaq, onların fəaliyyətini tənzimləmək və nəzarət etmək səlahiyyəti yeni fəaliyyət göstərəcək Palataya həvalə olunub. Milli.Az Kəpəz TV-yə (Region TV) istinadən xəbər verir ki, fərmanı dəyərləndirən Mərkəzi Bankının sədri Elman Rüstəmov Maliyyə Bazarında Nəzarət Palatasının yaradılmasının müsbət addım olduğunu bildirib.

Fərmanda göstərildiyi kimi, yeni Palatada ölkənin maliyyə sisteminin daha da sabit və dayanıqlı, rəqabətqabiliyyətliliyinin isə daha yüksək olması üçün maliyyə bazarlarının fəaliyyətinin səmərəli şəkildə təmin olunması, eləcə də kreditorların, investorların və sığorta olunanların hüquqlarının qorunması tələb olunur. Bu istiqamətdə Mərkəzi Bankın da öz funksiyalarını həyata keçirməsi asanlaşacaq.

Длительность: 3:42 Просмотров: 2.6K Добавлено: 8 лет назад
Категории: Разное
Тэги: kredit bank
Пожаловаться

Похожие видео