Körpüdə 3 maşın toqquşdu

Şəkidə üç avtomobilin toqquşması ilə nəticələnən zəncirvari qəza baş verib.

Milli.Az Kanal S-ə (Region TV) istinadən xəbər verir ki, hadisə Kiş çayı üzərində yerləşən körpüdə qeydə alınıb. Zaqatala rayon sakini Mirzəyev Əfqan Nizamməddin oğlunun idarə etdiyi 10 VP 894 dövlət nömrə nişanlı "Ford" markalı minik avtomobili öndə hərəkətdə olan Həmidov Paşa Nemət oğlunun idarə etdiyi 55 BP 332 dövlət nömrə nişanlı "VAZ2107" markalı avtomobilə, həmin avtomobil isə Xammədov Aqil Allahverdi oğlunun idarə etdiyi 55 BN 168 dövlət nömrə nişanlı "VAZ 2107" markalı avtomobilə dəyib.

Qəzada xəsarət alan olmayıb.

Faktla bağlı araşdırma aparılır.

Milli.Az

Длительность: 0:42 Просмотров: 2.3K Добавлено: 8 лет назад
Категории: Разное
Пожаловаться

Похожие видео