Bank faizləri yerlərdə də əsas bəlaya çevrilib

Son vaxtlar ölkədə gedən iqtisadi proseslər kənd təsərrüfatının inkişafını sürətləndirməyi vacib edir. Əsas məsələ kimi qarşıda duran vəzifələrdən biri də bazarı yerli kənd təsərrüfatı məhsulları ilə təmin etmək, idxaldan asılılığı azaltmaqla ölkədən valyuta axınını aşağı salmaqdır. Bu istiqamətdə atıla biləcək addımlardan biri də istixanaların yaradılmasıdır.

RTV (Region TV) xəbər verir ki, istixanada tərəvəz yetişdirmək üçün əvvəlcə tərəvəzin tələbinə uyğun şərait yaradılmalıdır. Məhsulun əkildiyi torpaq münbit və minerallarla bol olmalıdır. Daha yaxşı olar ki, istixanada tərəvəz əkməzdən əvvəl torpağın analizi aparılsın. Analizin nəticəsindən asılı olaraq torpağa lazımi gübrələr verilsin. Amma bütün bunların əsasında maddi vəsait durur ki, təsərrüfatçılar bunu ən ciddi maneə hesab edir.

Bununla yanaşı, istixanaların fəaliyyətini təmin etmək üçün həm çoxlu su, həm də elektrik enerjisindən istifadə olunur. Bu xidmətlərin ödənişləri kifayət qədər yüksək olduğundan təsərrüfatçılar bəzən başladıqları işi yarıda qoyurlar. Nəzərə alsaq ki, kənd təsərrüfatının inkişafı hökümətin qarşısında duran prioritet istiqamətlərdəndir, aidiyyəti qurumları bu sahə ilə məşqul olan şəxslərə güzəştlərin tətbiq edilməsində maraqlı olmalıdırlar.

Milli.Az

Длительность: 1:44 Просмотров: 2.2K Добавлено: 8 лет назад
Пожаловаться

Похожие видео