Azərbaycanlı tenor Malaxovun verilişində: "Onun hansısa geyimi bədənini göstərirsə..." - 3

1385 Просмотров

Добавлено: 07.02.2016
Категории: Разное
Тэги: veriliş , geyim

Bir müddət öncə Rusiyanın xalq artisti, məşhur opera ifaçısı, 44 yaşlı Anna Netrebko ilə 38 yaşlı azərbaycanlı tenor Yusif Eyvazov ailə qurublar. ATV.az xəbər verir ki, Rusiyanın "Birinci kanal"ında, aparıcı Andrey Malaxovun "Cегодня вечером" verilişində qonaq olan Anna Netrebko və Yusif Eyvazov şəxsi həyatlarından danışıblar. Onlar qeyd ediblər ki, 2014-cü ilin fevral ayında Romada, "Manon Lesko" operasında birgə fəaliyyət zamanı tanış olublar. "Münasibətlərimizin qızğın çağında Annanın agentinə dedim ki, müqavilə hazırlasın. Bu müqavilənin forması ondan ibarət idi ki, Annanın qazandığı pullar evlilik dönəmimizdə mənə aid olmayacaqdı. Bununla da sübut etdim ki, onunla puluna görə yox, sevdiyim üçün ailə qururam", - deyə Yusif Eyvazov bildirib. Verilişin ən maraqlı məqamı Andrey Malaxovun "Siz qafqazlısınız, Annanı çox qısqanırsınız, mən dəfələrlə bunun şahidi olmuşam. Münasibətlərinizə təsir edirmi?" sualına Yusif Eyvazovun cavabı olub: "Bəli, onu çox qısqanıram. Bilirsiniz ki, Anna öz tamaşalarında yaratdığı obrazları ürəkdən oynayıb (gülürlər). Amma bundan sonra elə hallar baş versə, əlbəttə ki, münasibətlərimizə təsir edər. Onun geyindiyi hansısa geyim bədən quruluşunu göstərirsə, mən narahat oluram. Belə halda Anna mənim xoşuma gəlməyən geyimi dəyişir". Verilişə qatılan Yusif Eyvazovun anası Şəfiqə Eyvazova gəlininin Azərbaycan xörəklərini gözəl bişirdiyini deyib: "Anna bizim yeməkləri bişirməyi çox gözəl öyrənib. Bakıya qonaq gələndə Azərbaycan yeməkləri ilə çox maraqlanırdı. Mən onların qonağı olanda isə Annanın əl qabiliyyətini gözlərimlə gördüm. O, Azərbaycan yeməklərini çox gözəl hazırlayır". Verilişin sonunda Anna Netrebko və Yusif Eyvazov birgə duet ifa ediblər. Onların şərəfinə studiyaya gətirilmiş tortu ksiblər. Yusif Eyvazov Bakı Musiqi Akademiyasını bitirib. Böyük Teatrda və Milan teatrında aparıcı rollarda çıxış edib. Eyvazovun anası Bakı məktəblərindən birində biologiya müəlliməsi işləyir. Onların iki yüz nəfərdən çox qonağın iştirak etdiyi toy mərasimi Avstriyanın paytaxtı Vyanada baş tutmuşdu.