Göydələndə kran aşdı, maşınları əzdi, adam öldürdü

561 Просмотров

Добавлено: 07.02.2016
Категории: Разное
Тэги: kran , maşın

ABŞ-ın göydələnlər şəhəri Nyu-Yorkda tikintidə istifadə edilən nəhəng kran küçəyə aşıb. Nəticədə əzilən bir avtomobildə 1 nəfərin öldüyü, 2 nəfərin də xəsarət aldığı dəhşətli anlar kameraya düşüb. Milli.Az xəzərxəbər-ə istinadən bildirir ki, Nyu-York şəhərinin biznes və göydələnlər bölgəsi Manhattanda tikintidə istifadə edilən kran böyük bir gurultu ilə küçənin ortasına aşıb. Həmin anlar kameraya düşüb. Hadisə yerli vaxtla səhər saat 08.25-də baş verib. Bu zaman bölgədə qarlı və küləkli hava hökm sürüb. Kran bir neçə saniyə yavaş-yavaş əyilib, sonra isə sürətlə yerə çırpılıb. Nəticədə küçədə dayanmış xeyli avtomobil əzilib. Nəhəng kranın küçəyə aşması nətisəndə 1 nəfər ölüb, 2 nəfər də xəsarət alıb. Ölən və xəsarət alanlar hadisə zamanı kranın üzərinə aşdığı bir avtomobildə olublar. Nyu York meri Bill de Blasio bu qədər böyük hadisədə cəmi 1 nəfərin ölməsini təsəlli kimi qiymətləndirib. Onun sözlərinə görə, küləyə görə operator qəzadan əvvəl kranın yüksəkliyini azaltmağa çalışıb. Bu isə qəzaya yol açıb.