Zukerberqdən Çin xalqına jest

Mark Yeni ili ailə dostları ilə birlikdə keçirəcəyini deyib. Çin təqviminə görə, 8 fevral baharın gəlişi ilə Yeni ilə keçid olur.

Çində Facebook-a daxil olmaq qadağandır. Lakin Çin mətbuatı daimi olaraq Markın Çinə olan marağını gündəmdə saxlayır.

Bir müddət əvvəl Mark Zukerberq ata olub. O, bu xəbəri "Facebook"da paylaşıb:

"Pristsilla ilə qızımıza "dünyaya xoş gəldin" dediyimiz üçün çox xoşbəxtik".

Mark və həyat yoldaşı Prissilla Çan övladları olduğu üçün misilsiz bir xeyirxahlığa imza atıblar. Belə ki, cütlük "Facebook"a aid səhmlərin 99%-ni "Çan-Zukerberq Təşəbbüsü" adlı fonda bağışlayıblar. Bu səhmlərin dəyərinin 45 milyard dollar olduğu bildirilir.

Mark Sukerberq və Prissilla Çan hələ Harvard universitetində tələbə olarkən tanış olublar. 10 il görüşdükdən sonra, gənclər evlənməyə qərar veriblər.

Mark Zukerberq - sosial şəbəkə olan Facebook-un qurucusu, amerikalı sahibkardır. Zukerberq 2004-cü ildə Harvard Universitetindən olan yoldaşları Dastin Moskovits, Eduardo Sovarın və Kris Hyuces ilə birlikdə ictimai paylaşma saytı Facebook-u quraraq dünyanın ən gənc milyarderi olmasıyla tanınır.

Milli.Az

Длительность: 1:28 Просмотров: 2.3K Добавлено: 8 лет назад
Категории: Разное
Тэги: jest yeni il
Пожаловаться

Похожие видео