Alimlər süni ət yaratdı

1748 Просмотров

Добавлено: 06.02.2016
Категории: Разное
Тэги: süni ət , alimlər

ABŞ-da fəaliyyət göstərən "MemphisMeats" adlı şirkətin alimləri süni ət yaradıb. Trend xarici KİV-lərə istinadən xəbər verir ki, bu yaxınlarda şirkət süni yaradılan ətin nümunəsinin təqdimatını keçirib. Alimlər süni əti inək, donuz, toyuq və digər heyvanlardan alınmış hüceyrələr əsasında yaradıblar. Alimlər iddia edirlər ki, süni yaradılmış ət eyni olaraq təbii ətin dadını verir, lakin təbii ətdən daha keyfiyyətli və təhlükəsizdir, insan orqanizminə ziyan vermir. Şirkət süni ətin yaxın 5 il ərzində ABŞ-ın bütün ərazisində, o cümlədən gələcəkdə dünya üzrə satışa çıxarılmasını planlaşdırır. Milli.Az