Toy karvanında "hoqqa çıxardan" “07” belə aşdı

Sosial şəbəkələrdə toy karvanında baş vermiş avtomobil qəzasının videosu yayılıb.

Milli.Az avtosfer.az-a istinadən bildirir ki, "VAZ-2107" markalı avtomobilin sürücüsü avtoxuliqanlıq edərək bir neçə dəfə təhlükəli şou göstərir.

Əvvəlki cəhdləri uğurlu alınsa da, sonda maşını ikitəkər qaldırmaq sürücüyə baha başa gəlir. Belə ki, toy karvanın qarşısında gələn "07" aşaraq yolun ortasında bir neçə dövrə vurur.

Videonun dəqiq tarixi və harada çəkildiyi barədə məlumat verilmir. Həmin görüntüləri təqdim edirik:

Son illər Azərbaycanda toy karvanlarında ağır qəzaların sayı artıb. Ötən həftə Ağdaşda nişan mərasimindən sonra bəy sərxoş halda qəza törədib və 5 nəfər ölüb.

Milli.Az

Длительность: 0:17 Просмотров: 5.5K Добавлено: 8 лет назад
Категории: Разное
Тэги: toy karvanı qəza
Пожаловаться

Похожие видео