Uşağın burnuna 10 santimetrlik şurup girib

1245 Просмотров

Добавлено: 05.02.2016
Категории: Разное
Тэги: burun , uşaq

Əlində şurup qaçan uşaq yıxılıb və şurup uşağın burnuna girib. Xoşbəxtlikdən 10 santimetrlik şurup uşağın beyninə çatmayıb. Milli.Az xezerxeber.com-a istinadən bildirir ki, Çində baş vermiş hadisə "azyaşlı uşağı olan valideynlər nə qədər ehtiyatlı olsalar, azdır" sözünü bir daha təsdiq edir. Uşaq ağrıdan ağlayır, həkimlər isə burnuna girmiş şurupu çıxarmağa çalışır. Dəhşətə gətirən kadrlar Çinin Hunan vilayətindəndir. Zhengzhou 3 yaşlı uşağın burnuna 10 santimetr uzunluğundakı şurup girdiyi üçün təcili xəstəxanaya gətirilib. Kadrlarda həkimlər bir tərəfdən ağrıdan dayana bilməyən uşaqları sakitləşdirməyə çalışır, digər tərəfdən də şurupu çıxarmağın yollarını axtarırlar. Və nəhayət yarım saat davam edən əməliyyat əhrəsini verir və şurup uşağın burnundan çıxarılır. Valideynləri bildirib ki, qəribə hadisəyə səbəb uşağın özüdür. O qaçarkən yıxılıb və əlindəki şurup burnuna girib. Milli.Az