TTV-dən təşəbbüs - "Ana dili milli sərvətimizdir"

Dil millətin varlığının təminatçısıdır. Bu səbəbdən onu yaşatmaq, qorumaq hər bir vətəndaşın borcudur. TTV (Region TV) xəbər verir ki, Ağstafada təşkil edilən tədbirin də məqsədi milli sərvətimiz olan Ana dilimizin qorunması istiqamətində təbliğat işlərinin düzgün qurulmasına diqqət yönəltmək olub.

Ana dili hər bir xalqın, millətin varlığıdır. Dil millətin özünü isbatı, həyat tərzi, mədəni irsidir. Ana dili bizim kökümüz, milli sərvətimiz, əxlaqımızdır. Dilimizi qorumaq, inkişaf etdirmək, gələcək nəsillərə daha mükəmməl formada çatdırmaq hər bir azərbaycanlının müqəddəs borcudur. Bu fikri özünə şüar edən Gənclər Fondu, TTV və "Ağstafa" qəzeti birgə tədbir keçirib.

Tədbir zamanı dilin qorunmasında və inkişafında gənclərin rolu xüsusi vurğulanıb. Bu məqsədlə sözügedən mövzuda yeniyetmə və gənclərlə fikir mübadiləsi aparıldı. Onların dil haqqında bilikləri yoxlanıldı. Ümumilikdə dil insanın mənəvi qidasıdır. Dilin qorunması və inkişafında kütləvi informasiya vasitələrinin də üzərinə böyük məsuliyyət düşür.

Milli.Az

Длительность: 1:49 Просмотров: 2.7K Добавлено: 8 лет назад
Категории: Разное
Пожаловаться

Похожие видео