Bakıda kişi evinin qarşısında bıçaqlandı

Sabunçu rayonunda bıçaqlanma hadisəsi olub.
Milli.Az APA-ya istinadən bildirir ki, rayonun Elşən Mehdiyev küçəsində yaşayan 41 yaşlı Hafiz Mirzə oğlu Əliyev yaşadığı evin qarşısında bıçaqlanıb. Yaralı qonşularının köməyi ilə xəstəxanaya çatdırılıb. Əməliyyat zamanı Hafiz Əliyevdə bir bıçaq xəsarətinin olması məlum olub. Zərərçəkən onu bıçaqlayan şəxsi tanımadığını bildirib.

Hadisə barədə 12-ci polis bölməsinə məlumat verilib. Bölmə əməkdaşları hadisəni törədən şəxsin axtarışlarını davam etdirir.

Faktla əlaqədar cinayət işi başlanıb.
Milli.Az

Длительность: 0:28 Просмотров: 2.6K Добавлено: 8 лет назад
Категории: Разное
Пожаловаться

Похожие видео