300 min dollarlıq maşını oğurlamaq istədilər, peşman oldular

Ticarət mərkəzinin qarşısında saxlanmış yaşıl rəngli superlüks avtomobili oğurlamaq, qaçırmaq istəyənlər az olmayıb. Lakin onlar niyyətlərini gerçəkləşdirmək istəyəndə peşman olublar.

Milli.Az ABC-yə istinadən bildirir ki, YouTube-un ən populyar videobloqer və prankerlərindən olan 22 yaşlı Coi Salad yeni zarafatını reallaşdırıb.

Nyu-Yorkun Steyten-Aylend səmtində yaşayan Cou dostları ilə birlikdə 300 min dollarlıq McLaren 650S Spider avtomobilini ticarət mərkəzində saxlayıb.

Avtomobilin açarı da yerində idi.

Lakin sürücünün oturacaq yerinə çılğın köpəkləri sakitləşdirmək üçün istifadə olunan elektroşoker bərkidilmişdi.

Maşını oğurlamaq istəyən hər kəs də avtomobilin mühərrikini işə salan kimi yaxşı "dərs" alıb.

Milli.Az

Длительность: 3:39 Просмотров: 3.7K Добавлено: 8 лет назад
Категории: Разное
Пожаловаться

Похожие видео