Bakıda qadın sevgilisini bıçaqladı, sonra xəstəxanaya apardı

Bakıda qadın qeyri-rəsmi nikahda olduğu ərini bıçaqlayıb.

Milli.Az Kəpəz TV-yə (Region TV) istinadən xəbər verir ki, hadisə Nizami rayonu Şirin Mirzəyev küçəsi, 58 saylı binada baş verib. Paytaxt sakini Emin Bayramov qeyri-rəsmi nikahda yaşadığı Aygün Ağayeva ilə mübahisə edərkən qadın mətbəx bıçağı ilə ona xəsarət yetirib. Daha sonra isə yaralını xəstəxanaya aparıb.

Həkimlərin səyi nəticəsində onun həyati təhlükəsi aradan qaldırılıb. Hadisə ilə bağlı aidiyyəti üzrə 25-ci polis bölməsi məlumatlandırılıb. Bölmə əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən Aygün Ağayeva saxlanılaraq istintaqa təhvil verilib. Qadın dindirilərkən Emin Bayramovun hər gün evə sərxoş gələrək onu və uşaqlarını döydüyünü və ünvanına nalayiq sözlər işlətdiyini bildirib. Bu səbəbdən də son mübahisədə Emini vurmaq məcburiyyətində qaldığını söyləyib.

Faktla bağlı Nizami rayon Polis İdarəsində Cinayət Məcəlləsinin qəsdən sağlamlığa ağır zərər vurma maddəsi ilə cinayət işi başlanıb. Araşdırmalar aparılır.

Длительность: 1:35 Просмотров: 3.0K Добавлено: 8 лет назад
Категории: Разное
Пожаловаться

Похожие видео