Yolda qalan sərnişinlər: qanun nə deyir?

Bəzi hallarda avtobuslarda texniki nasazlıq yarandıqda və ya yüngül qəza keçirdikdə sərnişinlər avtobusdan boşaldılır. Belə vəziyyətlərdə isə onlar başqa marşrut avtobuslarından istifadə etmək məcburiyyətində qalırlar. Nəticədə də onlara gedəcəkləri ünvan baha başa gəlir. Bəs bu vəziyyətlərdə qanun nə deyir? Cavabı növbəti xəbərimizdə.

Milli.Az Xəzərxəbər-ə istinadən bildirir ki, bunlar texniki nasazlıq və ya hər hansı qəza səbəbindən yolda qalan sərnişinlərdir. Biletin pulunu tam ödədikləri halda ünvana çatmayan bu sərnişinlər sürücüdən bilet pullarını qaytarmasını istəyiblər, ancaq qarşı tərəf bu tələbə məhəl qoymayıb.

Bu tipli hadisələr xüsusilə də rayonlararası marşrut avtobuslarda yaşandıqda sərnişinlərə daha çox ziyan dəyir. Sərnişinlər həm əlavə xərcə düşürlər, həm də vaxt itirirlər.

Mülki Məcəlləyə görə, sərnişinlər belə vəziyyətlərdə ödədikləri pulun müəyyən hissəsini sürücüdən və ya marşrutun aid olduğu şirkətdən geri tələb edə bilərlər.

Bundan başqa, sərnişindaşıma ilə məşğul olan sahibkar yolda qalan sərnişinlərin daşınması üçün əlavə avtobus xəttə buraxmalıdır. Belə hadisələr marşrut avtobusları ilə yanaşı, taksilərdə də yaşanır. Bu vəziyyətlərdə də qanun sərnişinlər tərəfindədir. Bəs sərnişindaşıma ilə məşğul olan sahibkar sərnişinlərə dəymiş ziyanı ödəmədikdə onu hansı cəza gözləyir?
Milli.Az

Длительность: 2:13 Просмотров: 2.5K Добавлено: 8 лет назад
Категории: Разное
Пожаловаться

Похожие видео