Nəqliyyat kartları istifadəsiz qaldı

381 Просмотров

Добавлено: 05.02.2016
Категории: Разное

Hazırda ancaq "Baku Bus" avtobuslarında gediş haqqı kartla ödənilir. Halbuki, 2 il əvvəl bütün avtobuslarda ödənişlərin kartla qəbul olunacağı deyilirdi. Hətta bunun üçün bir neçə avtobusa aparatlar quraşdırılmış, insanlara kartlar da satılmışdı. Biz də həmin kartların necə deyərlər "taleyi" ilə maraqlandıq. Milli.Az Xəzərxəbər-ə istinadən bildirir ki, avtobuslarda ödəniş qəbul etmək üçün validatorlar quraşdırıldı, hətta insanlara nəqliyyat kartlarının satışı da aparıldı. Ancaq hazırda nə o validatorlar, nə də ki, həmin kartlar işləyir. Kartla ödənişə uyğun aparatlar əvvəlcə 10 və 95 nömrəli marşrutlarda quraşdırılmışdı. Plana uyğun olaraq 38 marşrut xəttində də tətbiqi nəzərdə tutulurdu. amma reallıq onu göstərdi ki, nəinki əlavə marşrutlara bu tətbiq olundu, əksinə bir müddət sonra adı çəkilən xətlərdə də kartla ödəniş mümkün olmadı. Mənzərə onu göstərir ki, vətəndaşların 3 manat verib aldıqları kart istifadəsiz qalıb. Başqa sözlə məbləğindən asılı olmayaraq müştəri zərər çəkmiş sayılır. Kartlar satılan zaman qeyd olunmuşdu ki, alıcı istəsə Bankın satış nöqtələrinə yaxınlaşa və 2 manat məbləği geri ala bilər. Amma hazırda kartı hazırlamış "Bank of Azərbaycan" bağlanıb və köşklər də kartları geri götürmürlər. Amma 2 manatlıq kartı geri qaytarmaq üçün bu proses də real görünmür. Milli.Az