Dərmanlarla bağlı yeni təklif var

Bəzən fərqli-fərqli apteklərdə dərmanların fərqli-fərqli qiymətlərinə rast gəlirik. Yəni bir aptekdə bir dərman məsələn 10 manatadır, digərində 13 manata. Düzdür , dərmanların tənzimlənmiş qiymətlərinin siyahısı müvafiq məlumat bazalarına salınıb. Amma vətəndaşların bu mənada işini asanlaşdırmaq və dərmanların süni qiymət artımının qarşısını almaq məqsədi ilə maraqlı bir təklif var.

Milli.Az Xəzərxəbər-ə istinadən bildirir ki, Azərbaycanda qiymətləri dövlət tərəfindən tənzimlənən dərman vasitələrinin apteklərdə fərqli qiymətlərlə satılması hallarına hələdə rast gəlinir.

Milli Məclisin Səhiyyə komitəsinin sədr müavini Musa Quliyevin sözlərinə görə, qiymətləri dövlət tərəfindən tənzimlənən dərmanların fərqli qiymətlərlə satılması qəbuledilməzdir. Vətəndaşların aldadılmaması üçün dərmanların qiymətləri ilə bağlı xüsusi məlumat bazaları yaradılıb.

Amma məlum məsələdir ki, dərman alarkən heç də bütün vətəndaşların adıçəkilən məlumat bazalarına daxil olaraq, qiymətləri öyrənmə imkanı yoxdur. Məhz bu məqsədlə millət vəkili yeni təkliflə çıxış edib. Onun sözlərinə görə, dərmanların süni bahalaşmanın aradan qaldırılması üçün apteklərdə də elektron lövhələrin quraşdırılması məqsədəuyğun olardı.

Millət vəkilinin fikrincə, bununla yanaşı məsələ ilə əlaqədar olaraq Vergilər və İqtisadiyyat Nazirliklərinin monitorinq qrupu da olmalıdır ki, bu tip hallar aralşdırılsın və müvafiq tədbirlər görülsün.
Milli.Az

Длительность: 2:10 Просмотров: 2.2K Добавлено: 8 лет назад
Категории: Разное
Пожаловаться

Похожие видео