Xaçmazda tariximiz araşdırılmalıdır

354 Просмотров

Добавлено: 04.02.2016
Категории: Разное
Тэги: eksponant

Xaçmaz rayon Tarix-diyarşünaslıq muzeyinin fondunda 4 min 347 eksponant var. Bunlar arxeoloji tapıntılar, məişət-etnoqrafiya əşyaları, tətbiqi icəsənt nümunələri və qədim pullardır. Lakin fond da yüzlərlə eksponant var ki, onlar hələki muzeydə nümayiş etdirilmir. Buna səbəb əşyaların tarixinin bəlli olmamasıdır. Milli.Az RTV-yə (Region TV) istinadən xəbər verir ki, həmçinin rayonun Hülovlü, Qalağan, Köhnə Xudat kimi kəndlərində tunc dövrünə, ilk dəmir dövrünə aid kurqanlar, yaşayış məskənləri yerləşir. Onlarında yerindəcə araşdırılmasına ehtiyac var. Bununla bağlı muzeyin direktor əvəzi Pakizə Mehtiyeva mədəniyyət və turizm naziri Əbülfəs Qarayevlə görüşü zamanı da məlumat verib. Ümumilikdə Xaçmazın bir sıra kəndlərində 20-dən çox tarixi yaşayış məskənlərinin tətqiqatına ehtiyac var. Milli.Az