Piyada zolağı var, xəbərdarlıq yoxdur

Paytaxtın bəzi yollarında piyada keçidlərinə yaxınlaşmanı xəbərdar edən nişan qoyulmayıb. Belə vəziyyət isə qəza şəraitinin yaranmasına və piyadaların vurulmasına səbəb olur. Bəs belə xəbərdarlıq nişanı sürücülərin görməsi üçün hansı məsafədə qoyulmalıdır? Süjetdən biləcəyik.

Milli.Az xezerxeber.com-a istinadən xəbər verir ki, əksər yerlərdə olsa da bəzi yerlərə bu nişan vurulmayıb. Söhbət qarşıda piyada keçidinin olduğunu xəbərdar edən piyada keçidi nişanından gedir. Paytaxtın Nərimanov rayonu Atatürk prospektində olan bu yolda sürücülər demək olar ki, hər gün təhlükə ilə üzləşir.

Sürətlə hərəkət edən avtomobilin sürücüsü qəfil əyləci basmaqla qəza şəraiti yaradır. Səbəb yolda piyada keçidinin olduğunu bildirən nişanın olmamasıdır.

Bənzər vəziyyət Azadlıq prospektində də yaşanır. Yol hərəkəti qaydalarına görə piyada keçid nişanının funksiyası nizamlanmayan piyada keçidlərinə yaxınlaşma barədə sürücüləri xəbərdar etməkdir.

Yaşayış məntəqələrində bu nişan 150 metrdən az olan məsafədə quraşdırılmaldır. Bəs hansı yollarda bu nişan qoyulmaya bilər?

Milli.Az

Длительность: 1:51 Просмотров: 2.7K Добавлено: 8 лет назад
Категории: Разное
Пожаловаться

Похожие видео