Cazibədar aktrisanın 30 il əvvəlki halı

2368 Просмотров

Добавлено: 04.02.2016
Категории: Разное
Тэги: aktrisa , cazibədar

49 yaşlı Salma Hayek kino dünyasının ən çox qazanan ulduzlarından biridir. Hollivudun ən məşhur aktrisalarından sayılan Hayekin düz 30 il əvvəl çəkilmiş fotoları və videosu yayılıb. Milli.Az publika.az-a istinadən bildirir ki, meksikalı aktrisa Salma Hayekin hələ 20 yaşında keçirilən sınaq çəkilişi görüntüləri "Despierta America" adlı səhər proqramında göstərilib. Üzərində yaşıl qolsuz köynək və dövrün dəbinə uyğun hündürbel şalvar olan Hayekin buruq saç stili maraqla qarşılanıb. Xatırladaq ki, Hayek ilk dəfə 1989-ci ildə "Tereza" adlı televiziya serialında rol alıb. Çox qısa müddət sonra o, karyerasında sürətli addımlarla yüksəlib. Milli.Az