Suriya xarabalığı

Kremlə yaxın "RussiaWork.ru" saytı Suriyada dronla (pilotsuz uçuş aparatı) çəkilən videonu yayımlayıb.

Milli.Az publika.az-a istinadən bildirir ki, videoda Bəşər Əsəd rejiminin bombardmanları altında xarabalığa çevrilən Xüms şəhərindən görüntülər yer alıb.

Görüntülərdə 5 illik vətəndaş müharibəsinin dəhşətləri açıq şəkildə görünür. Müharibədən əvvəl 1 milyon insan yaşayan və Suriyanın üçüncü böyük şəhəri olan Xüms hazırda tərk edilmiş bir yaşayış məntəqəsidir.

Xüms 2011-ci ildə müxalifətin inqilab mərkəzi idi. "RussiaWorks" görüntülərin nə vaxt çəkildiyini açıqlamayıb. Aleksandr Puşinin başçılıq etdiyi sayt dron görüntüləri üzrə ixtisaslaşıb.

Milli.Az

Длительность: 1:37 Просмотров: 2.5K Добавлено: 8 лет назад
Пожаловаться

Похожие видео