Azərbaycanın ən böyük dəniz limanı

Ələtdə inşa edilən Bakı Beynəlxalq Dəniz Ticarət Limanında böyük infrastruktur işləri görülür. Yeni bərə terminalları və yük körpüləri tikilir. Ümumi smeta dəyəri 870 milyon manat olan limanın 2017-ci ilin sonuna kimi tam hazır olması nəzərdə tutulur.

Milli.Az xezerxeber.com-a istinadən xəbər verir ki, inşasına ötən ildən başlanılan Bakı Beynəlxalq Ticarət Limanı 400 hektar ərazini əhatə edir və 3 hissədən ibarətdir. Azərbaycanın beynəlxalq ticarət əlaqələrinin inkişafında böyük rol oynayacaq bu liman vasitəsilə Qazaxıstanın Aktau limanına yük maşınları da daşınır. Bir müddət öncə Qazaxıstan tərəfindən qaynaqlanan problemlər və hava şəraiti ilə əlaqədar bu maşınların daşınmasında yubanmalar yaşansa da, artıq bu məsələlər həll edilib.

Müvəqqəti olan vaqonlarda sürücülərə market və kafe xidmətləri göstərilir. Eyni zamanda liman ərazisində Dövlət Gömrük və Sərhəd xidmətləri əməkdaşları üçün inzibati binalar da inşa edilib. Smeta dəyəri 870 milyon manat olan limanın 2017-ci ilin sonuna qədər hazır olması nəzərdə tutulur.

Milli.Az

Длительность: 2:05 Просмотров: 2.7K Добавлено: 8 лет назад
Категории: Разное
Пожаловаться

Похожие видео