Qaydanı kim pozub?

Bakıda sürücülərdən birinə radara düşməsi ilə bağlı elektron protokol gəlib. Protokolda sürücünün piyadaya yol verməməsi göstərilir. Amma protokoldaki fotolarda, piyadanın nəzərdə tutulmuş piyada zolağından yox, kənardan keçdiyi görünür. Bəs, belə olduğu halda sürücü qaydanı pozmuş hesab edilir? Suala Bakı Şəhər Dövlət Yol Polis İdarəsinin bölmə rəisi cavab verib.

Piyadaya yol verməyən sürücü radara düşüb. Ona inzibati xətalar məcəlləsinin 151-ci maddəsinin 3-cü bəndi yəni piyada keçidində piyadaya yol verməməsinə görə 50 manat cərimə gəlib. Ünvanına gələn ''MMX'' elektron pratakolda iddia edilir ki, sürücü Nərimanov rayonu Ağa Nemətulla ilə Hacı Məmmədov küçəsinin kəsişməsində piyadaya yol verməyib.

Sürücü iddia edir ki, qaydanı o yox, piyada pozub. Piyada onlar üçün nəzərdə tutulmuş zolaqdan yox, kənardan keçir. Yol polisi ilə sürücü arasında mübahisəli hadisə bir neçə gün əvvəl gecə olub. Müsahibə vermək istəməyən sürücü protokoldakı şəkiləri təqdim edərkən aydın olur ki, minik maşını hərəkət edən istiqamətdə piyada keçidində piyada yoxdur. Piyada zolaqdan bir neçə metr kənardan keçir.

Milli.Az xezerxeber.com-a istinadən xəbər verir ki, Bakı şəhər Dövlət yol polis idarəsinin bölmə rəisi Vaqif Əsədovun sözlərinə görə sürücünün hər hansı bir iddiası varsa onlara müraciət etməlidir.

Əgər baxış zamanı sürücü haqlı çıxsa ona göndərilmiş elektron pratakol ləğv olunacaq. Burda diqqət çəkən başqa bir məqam piyadanın qayda pozmasıdır. Çünki ötən il piyadaların qayda pozması zamanı 923 yol nəqliyyat hadisəsi olub ki, nəticədə 333 nəfər ölüb.

Piyadalar nəzərdə tutulmuş yeraltı, yerüstü və zolaqlardan keçin ki, belə xoşa gəlməz hadisələrlə rastlaşmayasınız.

Milli.Az

Длительность: 1:55 Просмотров: 2.1K Добавлено: 8 лет назад
Тэги: qayda Piyada sürücü
Пожаловаться

Похожие видео