Qədim hamam

640 Просмотров

Добавлено: 03.02.2016
Категории: Разное
Тэги: hamam , tarixi abidələr

KANAL S (REGİON TV) XƏBƏR VERİR Kİ, tarixi abidələrlə zəngin olan İsmayıllı daim yerli və xarici qonaqların diqqət mərkəzində olub. Turistlərin marağını cəlb edən tarixi məkanlardan biri də Basqal qəsəbəsindəki qədim hamamdır. Ancaq bu tarixi abidə baxımsız vəziyyətdədir və bərpaya ehtiyacı var. Bir vaxtlar qəsəbə sakinləri paklanmaq üçün bu hamama üz tutardılar. Ancaq hazırda bu tarixi abidənin qayğıya ehtiyacı var. XVII əsrə aid olan tikili 1998-ci ilə kimi istifadədə olub. Hamamın fəaliyyətinin dayandırılmasının isə bir çox səbəbləri var. Bunlardan biri sakinlərin tədricən şəhərə axın etməsidirsə, digər səbəb yanacaqla bağlıdır. Belə ki, istilik sistemi olmayan hamamı qızdırmaq maddi baxımdan sərfəli deyildi.