Abşeron sakini qonşusunu güllələdi

Abşeron sakini güllələnib.

Milli.Az DİN-in saytına istinadən bildirir ki, fevralın 2-də Abşeron rayonunun Saray qəsəbəsində yaşayan Kamran Babayev evinin qarşısında boyun və kürək nahiyəsindən aldığı güllə yaraları ilə xəstəxanaya gətirilib. Abşeron Rayon Polis İdarəsinin əməkdaşlarının həyata keçirdikləri əməliyyat tədbirləri ilə xəsarətin ona qonşusu, həmyerlisi Qüdrət Kərimov tərəfindən "Makarov" markalı tapançadan iki dəfə açılmış atəşlə yetirilməsi müəyyən edilib. Xəstəxanaya yerləşdirilmiş K.Babayevin vəziyyəti ağır olduğundan dindirilməsi mümkün olmayıb.

Abşeron RPİ tərəfindən əməliyyat-axtarış tədbirləri aparılır.

Milli.Az

Длительность: 1:02 Просмотров: 2.8K Добавлено: 8 лет назад
Категории: Разное
Тэги: güllə tapança
Пожаловаться

Похожие видео