Tovuzda ölümlü qəza: avtomobil həyətə düşdü

Kəpəz TV (Region TV) xəbər verir ki, Tovuz rayonunun Əsrik Cırdaxan kəndində yol-nəqliyyat hadisəsi qeydə alınıb. Çeşməli kəndindən rayon mərkəzinə kartof aparan 53 yaşlı İsmayıl Məhərrəmov "Niva" markalı avtomobildə idarəetməni itirib və avtomobil yoldan çıxaraq Əsrik Cırdaxan kənd sakini Asif Məhərrəmovun evinin həyətinə aşıb. Hadisə zamanı avtomobilin hissələri və içərisində olan kartof ətrafa dağılıb. Ağır xəsarət alan sürücü isə hadisə yerində dünyasını dəyişib. Polis faktla bağlı araşdırma aparır.

Длительность: 0:37 Просмотров: 2.9K Добавлено: 8 лет назад
Категории: Разное
Тэги: qəza avtomobil həyət
Пожаловаться

Похожие видео