Partlayışdan göyərtəsində iri dəlik yaranan təyyarə uçuşu davam etdi

1836 Просмотров

Добавлено: 03.02.2016
Категории: Разное
Тэги: partlayış , təyyarə

Somali üzərində baş verən partlayışdan sonra "A321" təyyarəsi göyərtəsində deşiklə uçuşu davam etdirib. Milli.Az Report-a istinadən bildirir ki, "Daallo Airlines" şirkətinə məxsus təyyarənin sərnişinlərindən biri salonda baş verənləri kameraya çəkib. Video kadrlarda laynerin gövdəsinin deşik olduğu görünür. Sərnişinlər oksigen maskalarından istifadə etmək məcburiyyətində qalıblar. Çərşənbə axşamı "Airbus" göyərtəsində partlayış və yanğın səbəbindən Somalinin paytaxtı Moqodişoya təcili eniş edib. Bu, uçuşdan bir qədər sonra baş verib. Hadisə nəticəsində iki nəfər xəsarət alıb. İnsidentin səbəbləri araşdırılır. Milli.Az