Azərbaycanda oğurlayıb, Gürcüstana xeyir verdilər

539 Просмотров

Добавлено: 03.02.2016
Категории: Разное
Тэги: oğurluq , oğru

Göygöldə marketdən oğurluq edən şəxslər saxlanılıb. Naxçıvan vətəndaşı olan həmin şəxslər marketdən 16 min manatdan çox nəğd pul 2 min manat dəyərində müxtəlif danışıq kartları oğurlamaqda şübhəli bilinirlər. Ötən il dekabrın 20-dən 21-nə keçən gecə Göygöl şəhəri Heydər Əliyev prospektində yerləşən marketlərdən birindən oğurluq edilib. Obyekt sahibi isə oğurluqdan səhər saatlarında xəbər tutub. Kəpəz TV (Region TV) xəbər verir ki, marketi açmağa gələn sahibkar seyfdə olan külli miqdarda nağd pul və müxtəlif danışıq kartlarının oğurlandığını görüb. Maarif Məmmədov, mağaza sahibi: "Səhər gəlib otağıma keçəndə seyfin yerdə olduğunu gördüm. İçərisinə baxanda gördüm ki, orada olan 16 min 28 manat nəğd pul və 2300 manat dəyərində konturlar oğurlanıb. Yalnız orada qalan 20 manat dəyərində qəpik pullar idi". Dərhal hadisə yerinə cəlb olunan asayiş keşikçiləri ilkin istintaq-əməliyyat tədbirlərinə başlayıb. Göygöl Rayon Polis Şöbəsi və Naxçıvan Muxtar Repsublikası Daxili İşlər Nazirliyi əməkdaşları ilə birgə keçirilən əməliyyat tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən Naxçıvan sakinləri, 22 yaşlı Sultan Sultanlı və onun həmyaşıdı Asim İsmayılov saxlanılıb.