Dərslərdə telefonlar avtomatik səssiz rejimə keçəcək

Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) magistrantının iki layihəsi İnformasiya Texnologiyalarının İnkişafı Dövlət Fondunun qrand müsabiqəsinin qalibi olub.

Milli.Az aznews.az-a istinadən xəbər verir ki, UNEC-in menecment ixtisası üzrə təhsil alan magistrantı Zülfüqar İsmayılzadənin təqdim etdiyi "SoSmart" və "Whatto" layihələrinin reallaşdırılıması işləri universitetin İnnovativ Biznes İnkubatorunda görüləcək.

"SoSmart" layihəsi yerindən və vaxtından asılı olaraq telefonu avtomatik səssiz və ya titrəmə rejimlərinə keçirən mobil tətbiqdir. "SoSmart"ın əsas xüsusiyyəti onun təhsil sisteminə tətbiq olunmasından ibarətdir. Tələbə və şagirdlər təhsil müəssisələrində olduqda dərs cədvəlinə uyğun olaraq telefonları avtomatik səssiz və ya titrəmə rejiminə keçəcək. Bunun üçün istifadəçinin öncədən dərs cədvəlini mobil telefonuna yükləməsi lazımdır.

Bununla da telefon zəngi vasitəsilə tələbə və şagirdlərin dərs vaxtı diqqətinin yayınması problemi aradan qaldırılacaq. "SoSmart"ın əsas texnolojı yeniliyi onun qeo-lokasiya üzərindən mobil telefonu idarə etməsindən ibarətdir. Demək olar ki, bütün smartfonlarda GPS funksiyası vardır. Mobil tətbiqdə məhz bu funksiyanın köməkliyi ilə yer təyin edilir. Gələcəkdə tətbiqə yeni funksiyalar da əlavə ediləcək.

Длительность: 1:49 Просмотров: 2.5K Добавлено: 8 лет назад
Категории: Разное
Пожаловаться

Похожие видео