Bakıda beynəlxalq hüquqi zona yaradılır

Paytaxtda elə bir hüquqi zona yaradılacaq ki, həmin zonada istehsal həyata keçirən sahibkarlardan vergi alınmayacaq. Bakı Beynəlxalq Dəniz Ticarət Limanının ərazisində yaradılacaq "Ələt Logistika və Ticarət Zonası" sahibkarlara daha nələr vəd edəcək?

Milli.Az Xəzərxəbər-ə istinadən bildirir ki, istehsalçılara böyük güzəştlərin ediləcəyi zona yaradılır. Bakı Beynəlxalq Dəniz Ticarət Limanının ərazisində inşa ediləcək Ələt Logistika və Ticarət zonası 100 hektardan və 3 hissədən ibarət olacaq.

Bu ticarət zonasında yerli və xaricdən gətirilən xam malın istehsal prosesindən keçirilərək hazır məhsul şəklində yerli və xarici bazarlara çıxarılması nəzərdə tutulur. Bu zonada xüsusi qanunlar tətbiq ediləcək.

Bu zonada istehsal edilən məhsul ərazidən keçən dəmir yol xətti, böyük İpək Yolu' və yaxud Bakı Dəniz ticarət limanı vasitəsi ilə yerli və dünya bazarında çıxarılacaq. Layihənin icrasının dəqiq vaxtı bilinməsədə yaxında dövrlərdə prosesin başlanılması gözlənilir.
Milli.Az

Длительность: 1:50 Просмотров: 2.6K Добавлено: 8 лет назад
Категории: Разное
Тэги: Bakı hüquqi zona
Пожаловаться

Похожие видео