Gəncədə Rəsulzadə parkı bağlandı

Ötən gün doğumunun 132-ci ildönümü qeyd edilən Azərbaycan Xalq Cümhuriyyətinin banisi Məhəmməd Əmin Rəsulzadənin büstünün yerləşdiyi Gəncə Dəmiryolçular Parkının ətrafı yenidən tamamən bağlanıb.

Milli.Az anspress-ə istinadən bildirir ki, bu barədə şəhər sakinləri məlumat veriblər. Sakinlərin sözlərinə görə, əvvəllər də təmir işləri aparılan parkın ətrafı bağlı olsa da, insanların giriş-çıxışı üçün yerlər var idi. Ancaq bu gün səhərdən başlayaraq parkın ətrafı tamamən bağlanıb. İnsanlar M. Ə. Rəsulzadənin büstünü ziyarət etmək üçün gəlsələr də parkın hər tərəfi bağlı olduğu üçün bu mümkün deyil.

Məsələ ilə bağlı Gəncə Şəhər İcra Hakimiyyətinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Həsən Əliyev bildirdi ki, dəmiryolçular parkı Dəmir Yolları Qapalı Səhmdar Cəmiyyətinin (QSC) balansındadır və hər hansı təmir-tikinti yaxud başqa fəaliyyətləri QSC həyata keçirir. Ona görə də bu məsələnin icra hakimiyyətinə heç bir aidiyyəti yoxdur.

Длительность: 2:18 Просмотров: 2.5K Добавлено: 8 лет назад
Категории: Разное
Тэги: Park bağlandı
Пожаловаться

Похожие видео