Gənclərin uğura gedən yolu

TTV (Region TV) xəbər verir ki, Raufun arzusu həkim olmaq idi. Ailə üzvləri arasında da həkimlərin olması onun bu peşəyə marağını və həvəsini artırır. Qəhrəmanım Tibb Universitetini bitirdikdən sonra bir müddət Bakıda işləyir. O, sonradan fəaliyyətini doğulub boya-başa çatdığı Tovuz rayonunda davam etdirmək qərarına gəlir. Gənc həkim bir neçə xarici ölkədə keçirilən təkmilləşdirmə kurslarına da qatılıb. O, öyrəndiklərini Tovuzda tətbiq etməklə bölgə səhiyyəsində yeniliyə imza atıb. Bu illər ərazində Rauf uğurunun sirrini də müəyyənləşdirib. Onun fikrincə, müvəffəqiyyətli olmağın yolu təhsildən keçir. Elə bu səbəbdəndir ki, o, gənc nəslə daim axtarışda olmağı tövsiyə edir.

Təhsildən söz düşmüşkən. Digər qəhrəmanım da elə təhsil sahəsinin nümayəndəsidir. Əvəz Yunisov Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasını müvəffəqiyyətlə bitirəndən sonra doğma rayonuna qayıdıb. Gənc müəllim 6 ildir ki, orta məktəblərdən birində fəaliyyət göstərir. Hər iki qəhrəmanımın fikrindən belə bir nəticə hasil olur ki, fərq etməz bu gün sən bir gənc kimi hansı peşənin sahibisən. Əsas odur ki, öz təhsilinlə, işinlə millətinə töhvə verməyi bacarasan!

Длительность: 2:32 Просмотров: 2.6K Добавлено: 8 лет назад
Категории: Разное
Пожаловаться

Похожие видео