Ərdoğan Obama və Putinin hansı hərəkətin təkrar etdi?

Beş günlük Cənubi Amerika turnesinə çıxan Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan həmkarları Barak Obama və Vladimir Putinin hərəkətini təkrarlayıb.

publika.az Türkiyə mediasına istinadən xəbər verir ki, Ərdoğan zirehli avtomobilini hərbi yük təyyarəsi ilə Çiliyə aparıb.

Avtomobil Türkiyə prezidentinin səfər edəcəyi Peru və Ekvadora da aparılacaq.

ABŞ prezidenti Barak Obama və Rusiya prezidenti Vladimir Putin bütün xarici səfərlərinə zirehli avtomobillərini özləri ilə aparır. Ərdoğanın ilk dəfə atdığı bu addım onun təhlükəsizliyinin təmin olunması ilə bağlı yeni və əhəmiyyətli dəyişikliklərin olduğunu göstərir.

Ərdoğanın zirehli avtomobilini bundan sonra bəzi xarici səfərlərə özü ilə aparacağı bildirilir.

Milli.Az

Длительность: 4:24 Просмотров: 3.9K Добавлено: 8 лет назад
Категории: Разное
Тэги: zirehli avtomobil
Пожаловаться

Похожие видео