Postneft dövrünə qədəm qoyan Azərbaycan iqtisadi artımını necə təmin edəcək?

Cari ildə qara qızılın qiymətinin 4 dəfə aşağı düşməsi neft ixrac edən ölkə kimi Azərbaycanın gəlirlərinə təsir göstərdi. Belə şəraitdə hökümət qarşısında daxili istehsalın stimullaşdırılması üçün prioritet olan sahələr müəyyən edildi. Bunlardan ən əsası sənaye məhsulları istehsalında artıma nail olmaqdır. Bütövlükdə real sektorun inkişafını nəzərdə tutan bu addım post neft dövrünə qədəm qoyan Azərbaycanın gələcəkdə də iqtisadi artımını davam etdirməsi məqsədini güdür.

Qeyri- neft sektorunun əsas lokomotivləri kənd təsərrüfatı və sənaye istehsalı sayılır. Kəpəz TV (Region TV) xəbər verir ki, ölkəmizdə həyata keçirilən çoxşaxəli iqtisadi inkişaf strategiyasının əsas məqsədlərindən biri də sənaye məhsulları istehsalı ilə regionların tarazlı inkişafına, o cümlədən yerli istehsal və əmək potensialından səmərəli istifadə etməklə ixracyönümlü hazır məhsul istehsalına nail olmaqdan ibarətdir. Ötən il bu istiqamətdə aparılan işlərin nəticəsi kimi 300-ə yaxın sənaye müəssisəsi istifadəyə verilib.

Длительность: 4:14 Просмотров: 2.6K Добавлено: 8 лет назад
Категории: Разное
Тэги: iqtisadi artım
Пожаловаться

Похожие видео