Yüksək standartlı yolun standartlara uyğun olmayan cəhətləri

Ölkəmizdə yol-nəqliyyat infrastrukturunun yenidən qurulması işi, yeni yolların salınması, mövcudlarının isə əsaslı şəkildə yenidən qurulması ilə bağlı layihələr uğurla davam etdirilir. Ölkə başçısı İlham Əliyev regionların sosial-iqtisadi inkişafı proqramının uğurla yerinə yetirilməsində ilk növbədə müasir tələblərə cavab verən yolların mühüm əhəmiyyət kəsb etdiyini vurğulayır. Bakı-Ələt-Qazax-Gürcüstan dövlət sərhəd avtomobil yolunun 2-ci texniki dərəcədən 1-ci texniki dərəcəyə yüksəltmək məqsədilə aparılan işlər də ölkədə yol infrastrukturunun yaxşılaşdırılmasına hesablanıb. Artıq yolun Hacıqabul-Yevlax hissəsi də 4 zolaqlı olmaqla avtomobillərin rahat və təhlükəsiz hərəkətinə şərait yaradır. Lakin magistralın bu hissəsində yol nişanları və yolkənarı ticarətlə bağlı nöqsanlar sürücülərin yollarda hərəkətin tənzimlənməsinə cavabdeh olan DYP əməkdaşları ilə haqlı mübahisələrinə səhnə olur.

Kəpəz TV (Region TV) xəbər verir ki, Hacıqabuldan Yevlaxa qədər olan təxminən 176 km-lik avtomobil yolunun Kürdəmirə qədərki 88 kilometr hissəsi 4 zolaqlı olmaqla tam istifadəyə verilib. Kürdəmirdən Yevlaxa qədər olan hissə də 1-ci texniki dərəcəli olmaqla yenilənib və istifadədədir. Baxmayaraq ki, yol tam təhfil verilməyib. Bax elə yolun tam olaraq istifadəyə yararlı olmamasının çanağı da gəlir sürücülərin başında çatlayır. Belə ki, yolun hərəkəti tənzimləyən nişanlar, cizgi xətlərindən məhrum olması sürücüləri DYP əməkdaşları ilə üz-üzə qoyur. Yollarda hərəkəti nizamlamalı olanlar bu boşluqdan istifadə etməyə, sükan arxasındakılarsa haqlılığını sübut etməyə çalışırlar.

Длительность: 6:21 Просмотров: 3.2K Добавлено: 8 лет назад
Категории: Разное
Тэги: yol sürücü
Пожаловаться

Похожие видео