Bakıda 29 yaşlı oğlan bıçaqlanıb

Bakının Nizami rayonunda bıçaqlanma hadisəsi baş verib.

Milli.Az APA-ya istinadən xəbər verir ki, 29 yaşlı İqbal Hüseynov Naxçivanski küçəsində bıçaqlanıb. Yaralı təcili tibbi yardım avtomobili ilə xəstəxanaya çatdırılıb. Həkimlər yaralıda 4 bıçaq xəsarəti aşkarlayıblar.

Hadisə barədə Nizami Rayon Polis İdarəsinin 24-cü Polis Bölməsinə məlumat verilib. Yaralının vəziyyəti ağır olduğundan, onu dindirmək mümkün olmayıb.

Hadisəni törətməkdə şübhəli bilinən şəxsin axtarışları davam edir. Faktla əlaqədar cinayət işi başlanıb.

Milli.Az

Длительность: 0:46 Просмотров: 2.5K Добавлено: 8 лет назад
Категории: Разное
Пожаловаться

Похожие видео