Əli Məsimli: "Bu bazarlar əldən çıxıb"

KANAL S (REGİON TV) xəbər verir ki, son vaxtlar qeyri-neft sektorunun inkişafına dövlət dəstəyinin əvvəlki illərə nisbətən artması, sahibkarlara xüsusi güzəştlərin tətbiq edilməsi regionlarda sənaye və kənd təsərrüfatı sahələrinə diqqətin çoxalmasına səbəb olub. Ancaq regionların özünü maddi baxımdan tam təmin edə bilməsi üçün konkret planların işlənib hazırlanmasına ehtiyac var.

Şəki də bu baxımdan istisna deyil.

Regionların 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramının icrası öz bəhrəsini verir. Hər ilin sonunda ölkə başçısının rəhbərliyi ilə keçirilən konfransda aparılan müzakirələrin nəticələri bunu deməyə əsas verir ki, artıq Azərbaycan iqtisadiyyatının neftdən asılılığı azalmaqdadır. Ötən il ümumi daxili məhsul cəmi 1,1 faiz, qeyri-neft sənayesi isə 8,4 faiz artıb. Ancaq 2016-cı ildə bu artım daha da çox olmalıdır. Ölkənin əsas kənd təsərrüfatı regionlarından olan Şəkidə də konkret olaraq bu istiqamətdə bir sıra addımların atılmasına ehtiyac var.

Длительность: 2:04 Просмотров: 2.4K Добавлено: 8 лет назад
Категории: Разное
Пожаловаться

Похожие видео