Ayan yarıçılpaq fotosessiyasından danışdı: "Bundan o tərəfi də olacaq"

"Piy qatlarım olsaydı, o fotosessiyanı çəkdirməzdim"

Müğənni Ayan Babakişiyeva Alternativ TV-də (Region TV) yayımlanan "Şou məkan" verilişinə eksklüziv açıqlamalar verib.

Tanınmış ifaçı gündəm yaradan açıq-saçıq fotosessiyasından danışıb: "Açıq-saçıqlıq, sərhədi aşmaq, tərbiyəsizcəsinə çılpaqlıq başqa şeydir. Burada həddi aşmaq yoxdur. Əgər bədən quruluşumda hansısa qüsurlarım olsaydı, piy qatlarım olsaydı, deyərdim ki, vay-vay, mən niyə belə bir şey etdim ki?".

Sevilən müğənni fotolarına görə onu tənqid edənlərə cavab verib: "Düşüncəsiz insanlar ağıllarına gələni yazırlar. Əşi, sənin nəyinə lazımdır? Xoşun gəlmirsə, izləmə, şərh yazma. Səni yandıran nədir? Yazırlar ki, biz sizdən gözləməzdik. Mən də normal müğənniyəm, nəsə kreativ bir iş görməliyəm. Məncə, uğurlu da alındı. O fotosessiya üçün Avropdan xüsusi güllər gətirildi. Bundan o tərəfi də olacaq, niyə də olmasın".

Длительность: 4:01 Просмотров: 10K Добавлено: 8 лет назад
Категории: Разное
Пожаловаться

Похожие видео