Nəriman Nərimanovun toyunun keçirildiyi məkan

755 Просмотров

Добавлено: 01.02.2016
Категории: Разное
Тэги: Toy , məkan

İctimai-siyasi xadim, publisist, dramaturq, müəllim, həkim və dövlət xadimi Nəriman Nərimanov... Bu şəxsiyyət Azərbaycanın müsəlman şərqində bir çox ilklərə imza atıb. Nərimanovun siyasi fəaliyyətinə nəzər salsaq görərik ki, Konstitusiya onun adı ilə bağlıdır. O, siyasətçidən əlavə bir maarifpərvər və dramaturq-yazıçı kimi Azərbaycan tarixində mühüm rol oynayıb. Nəriman Nərimanov ədəbiyyatçı kimi milli romanımızın "Bahadır və Sona" və ilk tarixi faciə olan "Nadir şah"-ın banisi kimi yaddaşımıza həkk olunub. Milli.Az lent.az-a istinadən bildirir ki, dahi şəxsiyyətin ev-muzeyinin yerləşdiyi bu bina Bakının tarixi binalarından biri hesab edilir. Tacir Babayevə məxsus olan bina 1900-cü ildə memar Məşədi Mirzə Qafar İsmayılovun layihəsi əsasında tikilib. Əvvəllər iki mərtəbədən ibarət olan binaya 3-cü mərtəbə sonralar əlavə olunub. Nərimanov bu binanın 2-ci mərtəbəsində 1913-1918- ci illərdə ailəsi ilə birgə yaşayıb.