Uğursuz oğru ev sahibəsini bıçaqladı

396 Просмотров

Добавлено: 31.01.2016
Категории: Разное
Тэги: oğru , bıçaq , cinayət , xəstəxana

Şəmkirdə ev sakininə xəsarət yetirən oğrunun mənzildən pul oğurladığı müəyyən edilib. Şəmkir sakini qonşusunun evindən oğurluq edib. Kəpəz TV (Region TV) xəbər verir ki, o, oğurluqla yanaşı, evdən çıxarkən ev sahibinə bıçaqla xəsarət yetirib. Hazırda polis həmin şəxsin axtarışlarını davam etdirir. Yanvarın 29-u Şəmkir rayonu, Zəyəm qəsəbəsində oğurluq faktı qeydə alınıb. Qəsəbə sakini 25 yaşlı Yadigar Səfərov qonşusunun evdə olmadığından xəbər tutub və oğurluq məqsədilə mənzilə daxil olub. Evdən 10 min rus rublu götürən çağırılmamış qonaq mənzili tərk edərkən həyətdə ev sahibi Aynurə Məmmədova ilə rastlaşıb. Qonşusunun vəziyyətdən hali olduğunu görən Yadigar əvvəlcə qadına əl zərbələri ilə, sonra isə həyətdə olan bıçaqla xəsarət yetirib. Zərərçəkən hadisədən bir neçə saat sonra yaxınlarının köməyi ilə Şəmkir Mərkəzi Rayon Xəstəxanasına çatdırılıb. Həkimlər xəstənin vəziyyətinin qənaətbəxş olduğunu deyirlər. Nurlan Qurbanov - həkim: "Xəstə - 1980-ci il təvəllüdlü Məmmədova Aynurə xəstəxanamıza ötən gün saat 23:10 radələrində daxil olub. İlkin müayinə və müalicə tədbirləri görülüb. Xəstənin bədəninin müxtəlif nahiyələrində qançırlar, sıyrıqlar və hematomalar var idi. Deməsinə görə, döyülüb və bıçaqla xəsarət yetirilib. Xəstə stasionar müalicə üçün palataya yerləşdirilib. Həyati təhlükəsi yoxdur". Hələlik Yadigar Səfərovun saxlanılması təmin edilməyib. Şəmkir Rayon Polis Şöbəsinin Zəyəm Bölməsinin əməkdaşları bu istiqamətdə əməliyyat-axtarış tədbirləri davam etdirilir.