Zaur: "Bizi insanlar qarşısında hansı vəziyyətə salırsınız?"

Aparıcı Zaur Baxşəliyev sosial şəbəkədə ona və digər sənətçilərə ünvanlanan təhqirlərdən təngə gəlib. Big.az xəbər verir ki, aparıcı bu dəfə elə mənfi təhqir dolu şərh yazanlara sərt reaksiya verib:

"Ən ağır gələn nədir?! Bu gün internet dövründə yaşayırıq. Biz dünyanı, onlar da bizi izləyə bilirlər. Düşünün ki, bir xalqın xalq artisti dediyiniz insanın videosunun altından öz azərbaycanlılarımızın yazdığı şərhlər biabırçıdır. Həmin videoya baxan əcnəbilər bizim haqqımızda nə düşünə bilərlər?! O insanın atası, anası, doğması bizim yerimizdə olsa, necə olar? Görün bizi insanlar qarşısında hansı vəziyyətə salırsınız?! Şərhlərinizi yazan zaman doğmalarınızı göz önünə gətirin. Şəxsən mən o şərhləri oxuyanda həmin adamların doğmalarını göz önümə gətirib, düşünürəm".

Длительность: 1:39 Просмотров: 2.9K Добавлено: 8 лет назад
Категории: Разное
Пожаловаться

Похожие видео