Mədət Quliyev Zaqatalada

"KANAL S" (Region TV) xəbər verir ki, Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi, general-leytenant Mədət Quliyev Zaqatalada ictimaiyyət nümayəndələri ilə görüş keçirib. İlk öncə DTX-i rəisi Mədət Quliyev və tədbir iştirakçıları Heydər Əliyev Mərkəzi ilə tanış olub, ümummilli liderin abidəsi önünə tər çiçəklər qoyublar.

Görüşdə Zaqatala Rayon İcra Hakimiyyətinin əməkdaşları, bələdiyyə üzvləri, rayon ictimaiyyətinin nümayəndələri, gənclər, sahibkarlar iştirak ediblər. Daha sonra tədbirdə çıxış edən DTX-nin rəisi Mədət Quliyev son zamanlar Zaqatalada hər bir sahədə inkişafın getdiyini, xüsusilə də tikinti, quruculuq-abadlıq işlərinin nəticəsində bu inkişafı gördüyünü qeyd edib. General-leytenant prezidentin daim xalqının yanında olduğunu bildirib.

Tədbirdə iştirak edən sahibkarlar əvvəlki illərdə olduğu kimi indi də öz təsərrüfatlarını daha da inkişaf etdirəcəklərini, cüzi çətinliklərə baxmayaraq bunun onların işinə mənfi təsir göstərməyəcəyini bildiriblər. Sonda rayon ictimaiyyət nümayəndələri, sahibkarlar və gənclər sual və təkliflərini səsləndiriblər.

Длительность: 1:12 Просмотров: 2.0K Добавлено: 8 лет назад
Пожаловаться

Похожие видео