Yandırılan azərbaycanlı uşaqdan xəbər var

Rusiyanın Ulyanovsk şəhərində kollektor Dmitri Yermilov tərəfindən yandırılan iki yaşlı azərbaycanlı Ruslanın səhhəti yaxşılığa doğru gedir.

Milli.Az anspress-ə istinadən bildirir ki, həkimlər artıq on gün sonra uşağı evə buraxmağa söz verirlər.

Hazırda Ruslan Hüseynov müalicəsini xəstəxanada davam etdirir. Həkimlər uşağın müalicəsini artıq evdə davam etdirəcəyini qeyd ediblər.

"Bu gün o özünü yaxşı hiss edir. Şişkinlik keçib. Həkimlər deyirlər ki, bütün pis günlər arxada qaldı",- deyə Ruslanın atası Pərviz bıldirib.

Alınmış yanıqlara baxmayaraq, Ruslan artıq oynayır və yaxşı əhval-ruhiyyədədir. Uşağa yüzlərlə tanımadığı insanlar dəyməyə gəlir. Yanvarın 27-də Ulyanovsk şəhərinin Lenin rayonunda baş verən hadisə zamanı borcun qaytarılmasını tələb edən kollektorlardan biri evin pəncərəsinə "Molotov kokteyli" atıb. "Molotov kokteyli" ikiyaşlı uşağın yatdığı çarpayıya düşüb.

Длительность: 2:26 Просмотров: 2.2K Добавлено: 8 лет назад
Категории: Разное
Тэги: uşaq xəstəxana
Пожаловаться

Похожие видео